Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50

Gəncədə poliklinika təmir edən fəhlələr pullarını tələb edir


Arxiv fotosu

Arxiv fotosu

“Dedi, İcra Hakimiyyətindən yaxşı sifariş var, poliklinika təmir edəcəyik, yaxşı da pul ödəyəcəklər. Biz də razılaşıb gəldik. Mən rəngsazlıq edirəm. Əvvəl görəcəyim işin hər kvadratına görə 3 manatdan danışıb razılaşdıq. Sonradan hər kvadrata görə məbləği 2 manata, 1 manata, axırda da 50 qəpiyə endirdilər. İş orasındadır, indi heç onu da ala bilmirik. İlişib qalmışıq Gəncədə”.

RƏNGSAZIN PULUNU KİM VERƏCƏK?

Namiq Allahverdiyev İsmayıllı rayonundandır. Günəmuzd çalışan fəhlə babadır. Bu yaxınlarda ona Gəncədə yeni istifadəyə veriləcək poliklinikada rəngsazlıq işi görmək təklif olunub. O da üç fəhlə dostunu götürərək Gəncəyə gedib. Ona köhnə bir qarajı poliklinikaya çevirməyi tapşırıblar. Müqavilə-filan bağlamadan fəhlə dostları ilə qollarını çirmələyib, işə başlayıb.

"Qaynar xətt"ə danışır:

"İşləri bitirmək üzrəydik, bizi ora dəvət edən Tərxan adlı adam dedi ki, icra hakimiyyəti daha sizin işinizi istəmir. Bizi işdən kənarlaşdırdı. Dedik, o zaman gördüyümüz işlərin pulunu ver, çıxıb gedək. Neçə gündür ki, o atlı, biz piyada olmuşuq”.

"DEDİLƏR İŞİ DAYANDIRIN, ANCAQ PULUMUZU VERMƏDİLƏR"

Elşən adlı digər fəhlə alçiban ustasıdır. Onu Gəncəyə dostu Namiq Allahverdiyev gətirib. Hələ də Gəncədədir:

“Namiq dedi, belə bir iş var, biz də ona qoşulub gəldik. İşlərimiz yaxşı gedirdi. Mən alçiban vururdum. Dəmiryolu yaxınlığındakı qarajın binasını poliklinika edirlər. Biz də orada işləyirdik. Qəflətən Tərxan gəlib dedi ki, daha işi dayandırın, sizin işinizə ehtiyac yoxdur. Biz də gördüyümüz işlərin hesabatını aparıb ona təqdim etdik ki, zəhməthaqqımızı versin, çıxıb gedək”.

Fəhlələr deyirlər, Tərxan adlı şəxs mobil telefonunu söndürüb, neçə gündür onunla əlaqə yarada bilmirlər.

Gəncə şəhər İcra Hakimiyyətindən bildirdilər ki, qurum hanısası bir işdən ötrü fəhlə işlədəndə onunla mütləq müqavilə bağlayır:

“Siz deyirsiniz ki, belə adamlar var, gəlib Gəncədə işləyiblər, özü də guya bizim üçün işləyiblər, ancaq biz belə adamları tanımırıq. Heç üzlərini də görməmişik. Biz təmir işləri gördürdüyümüz fəhlələrlə mütləq müvafiq bir müqavilə bağlayırıq, münasibətlərimiz müqavlə əsasında davam edir. Belə adamlarla hər hansı müqavilə olmayıb”.

İndi fəhlələrə yağlı vədlərlə onları Gəncəyədək gətirmiş adamı tapmaqdan başqa yol qalmır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG