Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:31

Qazanxananın yerində biznes mərkəzi tikiləcək?


Arxiv fotosu
Arxiv fotosu

“4-cü məhəllədə qazanxananı söküb yerində biznes obyekti tikirlər”.

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Sumqayıtın 4-cü məhəllə sakinləri bildirib. Onların deməsinə görə, yaşadıqları binanın həyətindəki istilik qazanxanası sökülür.

“Hansısa pullu ortaya düşüb, yerli icra hakimiyyətinə pul buraxıb, bu boyda binaların istiliyini təmin edən qazanxananı sökdürüb yerində özünə obyekt tikdirir”.

"İSTİSMAR MÜDDƏTİ ÖTMÜŞDÜ, SÖKDÜK"

“Azəristiliktəchizat” ASC-nin Sumqayıt şəhər idarəsinin sədri Avtandil Nuriyev bildirib ki, qazanxananın istismar müddəti ötüb:

“4-cü məhəllədəki qazanxana söküldü. 1950-ci ildən tikilmiş bu qazanxananın istismar müddəti başa çatıb, onu modernləşdirmək mümkün deyildi”.

Lakin idarə rəisi qazanxananın yerində yenisinin tikiləcəyi ilə bağlı bir söz deməyib. Bunu başqa təşkilatlardan dəqiqləşdirməyi məsləhət görüb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib.

Prezident İlham Əliyevin 8 iyun 2005-ci il tarixində imzaladığı Sərəncama əsasən şəhərin bir neçə məhəllə və mikrorayonlarında köhnə tipli qazanxanalar modernləşdirilib. Nəticədə şəhərin bəzi məhəllə və mikrorayonlarında sakinlərin istilik problemi həll edilmiş sayılsa da, bəzi yerlərdə yeni qazanxanaların tikilib başa çatdırılması prosesi ləng aparılır.

XS
SM
MD
LG