Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:54

"Zarafata" görə 25 min dollar cərimə


Rusiya Qadın Tennis Federasiyasının prezidenti Shamil Tarpishev deyib ki, o heç kimin xətrinə dəymək istəməyib. Onun zarafatına bu qədər diqqət yetirməyə dəyməzdi.

Amerikanın məşhur tennisçi Williams bacıları haqda zarafatına görə Rusiyanın Qadın Tennis Federasiyasının prezidenti Shamil Tarpishev bir illiyə dünya Qadın Tennis Assosiyasından uzaqlaşdırılıb. O, həmçinin 25 min dollar cərimə olunub.

Tarpishev Rusiya televiziyasında yumoristik axşam proqramı olan “Vecherniy Urqant” proqramında “Williams qardaşlarından biri” ifadəsini işlətmişdi.

O demişdi ki, "onlara baxmağa qorxur".

Serena Williams Tarpishevin dediyini “ hissiyyatsız, seksist və irqçi “ adlandırıb. Associated Pressin məlumatına görə,

Serena Williams əlavə edib ki, tarpishevin sözləri ələ salmaq kimi səslənir.

Tennisçi Qadın Tennis Assosiasiyasının qərarını alqışlayıb. O deyib: “ bu onu göstərir ki, indiki dövrdə böyük səlahiyyəti olan şəxs belə alçaldıcı qeydlər edə bilməz”.

XS
SM
MD
LG