Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:14

Ukrayna prezidenti Poroshenko seçici hüquqlarının pozulmasına görə məsuliyyəti gücləndirən sərəncam verib.

Sərəncamda seçicilərin səslərinin satın alınmasına görə, 7 il həbs cəzası nəzərdə tutulur. Eyni qayda ilə, səsini satan seçici də cəzalanacaq. Səsini satan seçici cərimə verə bilər, ictimai işlərdə işələyə bilər və ya 2 iləcən həbs cəzası ala bilər.

Vəzifəli şəxs seçki hüquqlarını pozsa, onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Ukrayna parlamenti də oktyabrın14-də seçki hüquqlarının pozulmasına görə məsuliyyəti gücləndirən qanun qəbul etdi.

Poroshenkonun saytında deyilir ki, seçki ilə bağlı son aktlar Ukraynanın qanunvericiliyini Avropa bİrliyi qanunvericiliyinə yaxınlaşdırır.

Şərhləri göstər

XS
SM
MD
LG