Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:59

Oktyabrın 27-də Ermənistan və Azərbaycan prezidentlərinin Fransa prezidenti Hollande-nin iştiraklı ilə üçtərəfli görüş keçirməsi gözlənilir. Görüşə Minsk qrupunun üç həmsədri də qatılacaq.

Minsk qrupunun həmsədrləri isə bu görüş ərəfəsi regiona səfərlərinin yekunu olaraq məlumat veriblər ki, oktyabrın 14-18-də regionda səfərləri zamanı hər iki ölkənin prezidentləri ilə görüşüblər. Onlar Fransa prezidenti Hollande-nın təklifi ilə bu ay Parisdə keçirilməsi planlaşdırılan prezidentlərin sammitinə hazırlığı da müzakirə ediblər.

GÖZLƏNTİLƏR

Politoloq Vəfa Quluzadə prezidentlərin Parisdə keçiriləcək görüşündən heç bir gözləntisinin olmadığını bildirib. O, Azadlıq Radiosuna müsahibəsində deyib ki, Rusiya regiona nəzarət etdiyi müddətdə danışıqlarda heç bir iəliləyiş gözlənən deyil:

“Ermənistan hələ ki, Rusiyanın tam nəzarətindədir. O müstəqil dövlət kimi bir addım atmaq iqtidarında olsa böyük irəliləyiş əldə etmək olar. Ermənistan bu dəfə həqiqətən də sülhdə maraqlı olduğunu bildirsə, Rusiyadan fərqli mövqe qoysa, bu, həqiqətən də irəliləyiş ola bilər. Ancaq mən hələ belə bir şey gözləmirəm. Çünki Rusiya hələ də Cənubi Qafqaz regionuna nəzarət edir. Ukrayna böhranı nəticəsində Rusiyanı zəiflətmək mümükün olarsa, Rusiya sanksiyalara görə imperiya mövqelərindən çəkilərsə və Ermənsitan müstəqilliyə doğru addım ata biləcəksə, bu, həqiqətən də irəliləyiş ola bilər və bunun əsası Parisdə qoyula bilər.”

Vəfa Quluzadə Minsk qrupunun növbəti səfərini isə nəticəsiz adlandırır:

“Bu, sıravi səfərdir. Ortalıqda təzə heç nə yoxdur. ATƏT-in Minsk qrupu həmişə özünün fəalayyətinin olmasını nümayiş etdirmək istəyir. Bu sadəcə tərəflərə növbəti müraciətdir “gedin oturun danışın, sülhə nail olun”. “Bu da ki, 22 ildir davam edir.”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG