Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12

Williams bacıları haqda zarafatına görə Tarpishevi cəzalandırdılar


Serena Williams və Venus Williams

Serena Williams və Venus Williams

Amerikanın məşhur tennisçi Williams bacıları haqda zarafatına görə Rusiyanın Qadın Tennis Federasiyasının prezidenti Shamil Tarpishev bir illiyə dünya Qadın Tennis Assosiyasından uzaqlaşdırılıb. O, həmçinin 25 min dollar cərimə olunub.

Tarpishev Rusiya televiziyasında yumoristik axşam proqramı olan “Vecherniy Urqant” proqramında “Williams qardaşlarından biri” ifadəsini işlətmişdi.

Bundan başqa, o demişdi ki, "onlara baxmağa qorxur".

Serena Williams Tarpishevin dediklərini “ hissiyyatsız, seksist və irqçi “ adlandırıb. Associated Pressin məlumatına görə, Serena Williams əlavə edib ki, Tarpishevin sözləri ələ salmaq kimi səslənir.

Tennisçi Qadın Tennis Assosiasiyasının qərarını alqışlayıb. O deyib: “ bu onu göstərir ki, indiki dövrdə böyük səlahiyyəti olan şəxs belə alçaldıcı qeydlər edə bilməz”.

Sagda - Shamil Tarpishev

Sagda - Shamil Tarpishev

Sinqapurda yarışlarda iştirak edən Rusiyalı tennisçi Sharapova da deyib ki, Tarpishevin sözləri “hörmətsizlikdir və yolverilməzdir”. “Bu həmçinin məsuliyyətsizlikdir. Xüsusilə belə səlahiyyətləri olan şəxs üçün”.

Tarpishev isə deyib ki, onun "zarafatı bu qədər diqqət çəkməyə layiq deyil".

Tarpishev SSRİ və Rusiyanın əməkdar məşqçisidir. Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG