Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:10

Ukraynada rus əsgərlərinin ölümünü araşdıran əsgər anası həbs olundu


Lyudmila Bogatenkova
Lyudmila Bogatenkova

Rusiyanın Stavropol diyarının Budennovsk şəhərindəki Əsgər Anaları Komitəsinin rəhbəri fırıldaqçılıqda ittiham olunaraq həbs edilib. Oktyabrın 17-də polis 73 yaşlı Lyudmila Bogatenkova barəsində axtarış elan etmişdi. Bir gün sonra o, polis nəzarətinə alınıb.

Komitənin St.Peterburq bölməsi öz Facebook səhifəsində yazır ki, "bu hərəkətlər Bogatenkovanın fəliyyəti ilə əlaqədardır". Bogatenkova rus əsgərlərinin Ukraynada ölümünü araşdırırdı.

Komitə ümimilikdə rus əsgərlərinin son ölümlərini tədqiq edirdi. Komitə Ukraynanın şərqində Rusyayönlü qüvvələrlə yanaşı döyüşən onlarla , hətta yüzlərlə rus əsgərinin öldüyünü iddia edir.

Qurumun St. Peterburq bölməsinin rəhbəri Ella Polyankova avqustda bildirmişdi ki, Ukraynının şərqindəki döyüşlrədə 100-dən çox rus əsgəri ölüb. Bundan sonra Rusiyanının Ədliyyə naziri komitəni "qara siyahıya" salımışdı.

XS
SM
MD
LG