Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:33

İran Pakistanı ittiham edir


İran hərbi rəsmiləri bildirir ki, hücumları həyata keçirmək üçün Pakistandan İrana hərbi qüvvələr girib. Bu barədə Tehranın sübutu var.

İran İslam İnqilabi Keşikçilər korpusunun baş komndanı Abdollah Araghi bildirir ki, bu məsələ "diplomatik kanallar" vasitəsi ilə həyata keçiriləcək. Abdollah Araghi əlavə edib ki, onun qüvvələri İran rəsmilərinə Pakistandan İrana daxil olan hərbiləri göstərən sənədlər təqdim edib. Araghinin bu iddiası Pakistan Sərhəd Korpusunun İran sərhədçilərinin patrul maşını atəsə tutması açıqlamasından bir gün sonraya təsdüf edir. İran generalı Hussein Salami gələn qüvvələrin qarşısını almaq məqsədi ilə Pakistana girə biləcəkləri xəbərdarlığı edib.


Bir müddət öncə Pakistanla sərhəddə 4 iran gözətçisi naməlum hücumda öldürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG