Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04

-

AFFA-nın qərarına görə, Azərbaycanın futbol yığmasında Berti Vogts-u müvəqqəti Mahmud Qurbanov əvəzləyəcək.

Mahmud Qurbanov bu qərarın onun üçün gözlənilməz olduğunu bildirib. O, noyabrın 16-da Norveçə qarşı oyunda qələbə üçün əlindən gələni edəcəyini deyib:

«Millin heyətində müəyyən dəyişiklər ola bilər. Az vaxt qalıb. Yeni futbolçulara şans veriləcək, təcrübəli oyunçular da heyətdə yer olacaq».

Mahmud Qurbanov «Kəpəz»in baş məşqçisi olub, milli komandada məşqçi köməkçisi vəzifəsində çalışıb.

O, karyerasına «Kəpəz»də başlayıb, müxtəlif illərdə «Neftçi», «Şəmkir», «İnter» və «Xəzər-Lənkəran» komandalarında oynayıb. 38 yaşında futbolçu kimi oyunlara son qoyan Qurbanov ümumilikdə 404 oyun keçirib. 11 dəfə Azərbaycan çempionu olub.

Berti Vogts 2008-ci ildən Azərbaycan yığmasına baş məşqçilik edirdi. O, oktyabrın 16-da Xorvatiyaya 6:0 hesabı ilə məğlub olandan sonra istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG