Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:42

-

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Əfqanıstanla strateji əməkdaşlıq haqda razılaşma imzalamaq üçün Kabilə gedib.

Onun Əfqanıstan prezidenti Ashraf Ghani Ahmadzai və digər yüksəksəviyyəli rəsmilərlə görüşü gözlənilir. Bu, son 60 ildə Türkiyə prezidentinin Əfqanıstana ilk səfəri hesab olunur.

Erdoğan Türkiyə vəsaiti ilə paytaxt Kabilin qərbində inşa olunan yolun açılışına da qatılacaq.

Erdoğan Kabilə 2005-ci ildə baş nazir olarkən səfər etmişdi. Türkiyə hökuməti 2001-ci ildən Əfqanıstanın hərbi, iqtisadi və tikinti sahəsində mühüm rol oynayır.

400-dək türk əsgəri beynəlxalq koalisiya tərkibində Kabil ətrafında xidmət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG