Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32

-

Ukraynanın şərqində münaqişə başlayandan sonra Donetsk və Luqansk vilayətlərində hüquq-mühafizə orqanlarında təmizləmə işləri aparılıb və 17 min milis əməkdaşı vəzifəsindən azad edilib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müavini Nikolay Velichkovich məlumat verib.

«Bu vilayətlərdə bəzi milis işçilərini işdən çıxarmalı olduq. Onlara əmrə tabe olmurdular, düşmən tərəfə keçmək istəyirdilər. Bəziləri isə oturub gözləyirdilər ki, hadisələrin sonu necə olacaq. Biz belələrinə maaş verə bilmərik», deyə müavin bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG