Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:16

Rusiya Təhlükəsialik Şurasının rəhbəri İrana gedir


Nikolai Patrushev
Nikolai Patrushev

Rusiya Təhlükəsialik şurasının rəhbəri Nikolai Patrushevin gələn həftə İrana səfəri gözlənilir.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional təhlükəsialik və İranın nüvə proqramı müzakirə olunacaq.

Rusiya İranın nüvə proqramı ilə bağlı aparılan beynəlxalq danışıqlarda iştirak edən 6 ölkədən biridir.

Bu danışıqlarda İranın uran zənginləşdirməkdən imtina etməsi və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi müzakirə olunur.

Qeyd edək ki, bu məsələ ilə bağlı ötən il İranla ilkin razılıq əldə olunub və noyabrın 24-də yekun razılaşma imzalanması nəzərdə tutulur.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG