Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:06

Hüseyn Arifin 90 illiyi qeyd olunacaq


Hüseyn Arif
Hüseyn Arif

-

Xalq şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılıyla Prezident Sərəncamına əsasən təşkil olunan tədbirdə bir çox elm, mədəniyyət xadimləri və müvafiq dövlət strukturları iştirak edəcək, Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Tədbirdə şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunacaq, şairlə bağlı maraqlı video çarx göstəriləcək.

1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arif zəngin ədəbi həyat yolu keçib, yaradıcılığını xalq və aşıq poeziyası üzərində kökləyən, şifahi və yazılı ədəbiyyatın vəhdətində yazıb-yaradan bir sənətkar olub.

Qırx ilə yaxın ədəbi fəaliyyət göstərən şair yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, ədəbiyyata yeni nəfəs gətirib.

Şairin şeirlərinə dillər əzbəri olan çox sayda mahnılar bəstələnib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG