Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

-

Budapeştdə keçirilən ənənəvi Müasir İncəsənət Festivalında (Payız Festivalı) Azərbaycan milli rəqsləri də səslənib.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, oktyabrın 3-dən 18-dək keçirilən Müasir İncəsənət Festivalında (Payız Festivalı) Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi, hazırda Macarıstanda yaşayan Viktoriya Podolskayanın ifasında Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqram festival iştirakçılarının böyük marağına səbəb olub.

Macarıstan paytaxtı sakinləri rəqsləri maraqla izləyiblər.

Bu ilki festival çərçivəsində şəhərin müxtəlif hissələrində 100-dən artıq mədəniyyət tədbiri baş tutub.

Azərbaycan milli rəqslərinin nümayişi Budapeştin 6-cı rayonunda yerləşən Azərbaycan Səfirliyinin dəstəyi və Terezvaroş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG