Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:34

Xədicə İsmayılın məhkəməsi oktyabrın 23-nə qaldı


Xədicə İsmayıl
Xədicə İsmayıl

Oktyabrın 17-də araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəməsi davam edib. Bundan əvvəlki iclasda dövlət ittihamçısı iddiaçı Elman Həsənovun lehinə sənədlər təqdim edib. Xədicə İsmayılın vəkili Elton Quliyev həmin sənədlərin mənşəyinin bəlli olmadığını və məhkəmədə sübut kimi istifadə edilməsinin mümkünsüzlüyünü bildirib.

Vəkil sənədlərin işdən çıxarılması ilə bağlı vəsatət hazırlayacağını söyləyib. Məhkəmə yazılı vəsatətin hazırlanması üçün oktyabrın 23-dək təxirə salınıb.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Elman Həsənov jurnalistin öz «facebook» hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir.

Xədicə İsmayıl AzadlıqRadiosuna insanların şəxsi həyatlarına hörmət etdiyini və kiminsə şəxsi həyatı ilə bağlı heç vaxt məlumat yaymadığını vurğulayıb. Jurnalist MTN-nin müxalifətin idarə olunması üçün bəzi şəxslərin ələ alınması haqda olan məlumatı paylaşmadan öncə oradakı bütün adları və şəxsi məlumatları sildiyini bildirir. Xədicə İsmayıl əlavə edir ki, «facebook»da paylaşdığı məlumatın sənəd olduğunu heç vaxt iddia etməyib.

XS
SM
MD
LG