Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

Krım lideri itkin tatarların oğurlanmadığını deyir


Krımın Moskvanın dəstəklədiyi lideri Sergei Aksyonov tatar azlığının 4 üzvünün itkin düşdüyünü təsdiqləyir, ancaq əmin edir ki, onlar oğurlanmayıb.

Aksyonov oktyabrın 16-da danışıb, itkin düşmüş tatarları tənqid edib, onların bəzilərinin Suriyada döyüşdüyünü deyib, yəni islamçı yaraqlı olduğuna eyham vurub.

Rusiya Ukraynanın Krım yarımadasını anneksiya edəndən, martdan bəri azı 3 Krım tatarının ölüsü tapılıb.

Human Rights Watch oktyabrın əvvəlində bildirib ki, “düşməncəsinə münasibətdən” sonra üç tatar itkin düşüb, ölüsü tapılanların bəzilərinə isə açıq-aşkar işgəncə verilib.

Anneksiyaya qarşı çıxan Krım tatarlarına təzyiqlər artıb. Ötən ay Rusiya hakimiyyəti Krım Tatar Məclisini tutub, tatar icmasının aparıcı üzvlərinin evində axtarış aparıb. Krım tatarları liderlərinin yarımadaya girişi də qadağan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG