Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:45

Gürcüstanın baş naziri: Moskva ilə münasibətlərin normallaşdırılmasına irəliləyiş yoxdur


Irakly Garibashvili.Gürcüstanın baş naziri

Irakly Garibashvili.Gürcüstanın baş naziri

Gürcüstanın baş naziri Irakly Garibashvili Tbilisinin Rusiya ilə siyasi münasibətləri normallaşdırmaq cəhdlərinin hələlik uğursuz olduğunu bildirib

Garibashvili oktyabrın 16-da Tbilisidə deyib ki, gürcü hökuməti Moskva ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün “bacardığı hər şeyi” edib, lakin hələlik iqtisadi sektorda proqres əldə olunub.

Baş nazirin Gürcü Arzusu partiyası iki il öncə hakimiyyətə gələndə Moskva ilə münasibətlər quracağını bildirib.

Garibashvili-dən bir gün öncə Rusiya elan edib ki, Gürcüstanın separatçı Abxaziya regionu ilə “alyans və inteqrasiya” sazişi imzalayacaq.

Sazişə əsasən Abxaziya ilə Rusiya arasında “vahid müdafiə infrastrukturu”, birgə hüquq-mühafizə strukturları və daha çox inteqrasiya edilmiş iqtisadi məkan yaradılacaq.

Gürcüstan prezidenti Giorgi Margvelashvili oktyabrın 15-də sazişlə bağlı “fövqəladə bəyanat” verib.

2008-ci ildə Rusiya ilə Gürcüstan arasında qısa müharibədən sonra Moskva Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG