Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:43

Berti Vogts Azərbaycan yığmasından istefa verdi (İnfoqrafika)


-

Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Vogts istefa verib. Bu haqda AzadlıqRadiosuna AFFA-nın informasiya departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bildirib.

Onun sözlərinə görə, Berti Vogts Azərbaycan millisi Xorvatiyaya böyük hesabla məğlub olduqdan sonra menecerlərinə AFFA rəhbərliyi ilə danışıqlar aparmaq üçün göstəriş verib.

Oktyabrın 16-da AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüb.

“Dünən – oktyabrın 16-da bu danışıqların nəticəsi olaraq AFFA rəhbərliyi ilə görüş keçirib. Berti Vogts bu görüşdə fəaliyyətini heç cür davam etdirə bilməyəcəyini söyləyib. AFFA rəhbərliyi baş məşqçi kimi fəaliyyətini davam etdirməyi bir daha təklif edib, ancaq qarşı tərəf imtina edib. Beləliklə, Vogts milli komandanın baş məşqçisi deyil. O milli komandadan ayrıldı”.

(Vogts-un rəhbərlik etdiyi son 6 il yarımda milli komandanın beynəlxalq qarşılaşmalarda (yoldaşlıq görüşləri də daxil olmaqla) göstərdiyi əsas nəticələr aşağıdakı infoqrafikada):

“BERTI VOGTS BİR SIRA MƏSƏLƏLƏRDƏN NARAZI İDİ”

Berti Vogtsun ünvanına həm azarkeşlər, həm də idman şərhçiləri xeyli tənqidlər səsləndirsələr də, onun özünün də narazı qaldığı məqamlar var idi. Mikayıl Nərimanoğlu:

“Berti Vogts bir sıra məsələlərdən narazı idi. Əsas narazılığı isə Azərbaycanlı futbolçuların legioner həyatı yaşamaması idi. Daha yaxşı klublarda, Avropa klublarında oynayan futbolçularımız yoxdur. Futbolçularımızın fiziki hazırlığı beynəlxalq standartlara uyğun deyil. Bunlar da AFFA-nın səlahiyyətinə aid olmayan məsələlərdi. AFFA futbolçu hazırlamır. Futbolçu klublarda hazırlanır. Vogts Azərbaycanda olduğu müddətdə AFFA üzərinə düşən işləri tam yüksək səviyyədə yerinə yetirib, səfərlərə çarter reysləri ilə gedib, ən yaxşı otellərdə qalıb və s”.

Yeri gəlmişkən, AFFA bu günədək Berti Vogtsun maaşını açıqlamayıb.

VOGTS GETDİ, QURBAN QURBANOV GƏLİR?

Bəs Vogtsu kim əvəz edəcək? AFFA-dan deyirlər ki, yeni namizədlərlə bağlı məlumat yoxdur. İdman şərhçiləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun milli yığmaya baş məşqçi gətirilməsini istəyirlər. Bu haqda ehtimallar istər idman kluarlarında, istərsə də mətbuat səhifələrində səsləndirilir. Mikayıl Nərimanoğlu deyir ki, bu haqda qərarı AFFA icraiyyə komitəsi verir:

“Ancaq indilik bu haqda məlumat yoxdur. Məlumat olarsa ictimaiyyətə də xəbər veriləcək”.

Qurban Qurbanov 2008-ci ildən "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. "Qarabağ" klubu bir dəfə Azərbaycan Kubokunun qalibi olub, bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

“Apasport”un baş redaktoru İxtiyar Əsgərov həmin ehtimalı belə qiymətləndirir:

Arxiv foto
Arxiv foto

“Berti Vogtsun yerində hamı yerli məşqçi Qurban Qurbanovu görür. Amma mən inanmıram o gələ. Azərbaycan millisinin baş məşqçisi postu təhlükəli, sürüşkən yerdir. İnanmıram Qurban Qurbanov “Qarabağ”da qazandığı nüfuzu, uğuru burda təkrarlaya. Milliyə gəlsə, “Qarabağ”da qazanacağı uğuru burda xərcləmiş olacaq. Əcnəbi məşqçilər də inanmıram gələ. Azərbaycan yığmasının problemi baş məşqçi yox, futbolçu problemidir. Bura Joze Mauriononun da gətirsən xeyri yoxdur”.

Vogtsla Azərbaycan milli yığmasının yolları ayrılsa da, AFFA ondan narazı qalmadığını bəyan edir. Mikayıl Nərimanoğlu deyir ki, Azərbaycan yığması Berti Vogts zamanında rekord göstəricilər əldə edib: “Onun dövründə ilk dəfə komandamız FİFA reytinqində 73-cü pilləyə yüksəlib, ilk dəfə 9 xal toplayıb. Yəni xeyli uğurlu nəticələr olub. Bu da tarixdə qalacaq”.

Almaniya milli yığmasının sabiq oyunçusu Berti Vogts son 14 ildə məşqçiliklə məşğuldur. O "Bayer 04 Leverkusen"in, Küveyt, Şotlandiya, Nigeriya millilərinin baş məşqçisi olub. İdman şərhçiləri Berti Vogtsun bu komandalardakı fəaliyyətinin uğursuz olduğunu düşünürlər. O son 6 il yarımda Azərbaycan millisinə məşqçilk edib.

Onun məşqçilik etdiyi dövrdə komandanın yoldaşlıq oyunları da daxil olmaqla beynəlxalq yarışlarda göstərdiyi nəticələr:

2008-ci il

1 iyun. Zenitsa. YO. Bosniya və Herseqovina - Azərbaycan 1:0
4 iyun. Andorra-la-Vella. YO. Andorra - Azərbaycan 1:2
20 avqust. Reykyavik. YO. İslandiya - Azərbaycan 1:1
27 avqust. Tehran. YO. Iran - Azəbaycan 1:0
6 sentyabr. Kardif. DÇ. Uels - Azərbaycan 1:0
10 sentyabr. Bakı. DÇ. Azərbaycan - Lixtenşteyn 0:0
11 oktyabr. Helsinki. DÇ. Finlandiya - Azərbaycan 1:0
15 oktyabr. Manama. YO. Bəhreyn - Azərbaycan 1:2
19 noyabr. Bakı. YO. Azərbaycan - Albaniya 1:1

2009-cu il

1 fevral. Dubay. YO. Azərbaycan - Özbəkistan 1:1
11 fevral. Əl-Küveyt. YO. Küveyt - Azərbaycan 1:1
28 mart. DÇ. Moskva. Rusiya - Azərbaycan 2:0
2 iyun. YO. Kayseri. Türkiyə - Azərbaycan 2:0
6 iyun. DÇ. Bakı. Azərbaycan - Uels 0:1
9 iyun. YO. Bakı. Azərbaycan - İspaniya 0:6
12 avqust. DÇ. Bakı. Azərbaycan - Almaniya 0:2
5 sentyabr. DÇ. Lənkəran. Azərbaycan - Finlandiya 1:2
9 sentyabr. DÇ. Hannover. Almaniya - Azərbaycan 4:0
10 oktyabr. DÇ. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
14 oktyabr. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1
15 noyabr. BT. Əl-Ayn. Azərbaycan - İraq 0:1
18 noyabr. BT. Əl-Ayn. Azərbaycan - Çexiya 2:0

2010-cu il

25 fevral. YO. Əmman. İordaniya - Azərbaycan 0:2
3 mart. YO. Lüksemburq. Lüksemburq - Azərbaycan 1:2
26 may. YO. Seekirchen. Moldova - Azərbaycan 1:1
29 may. YO. Bischofshofen. Makedoniya - Azərbaycan 3:1
2 iyun. YO. Zell am See. Honduras - Azərbaycan 0:0
11 avqust. YO. Bakı. Azərbaycan - Küveyt 1:1
7 sentyabr. AÇ. Köln. Almaniya - Azərbaycan 6:1
8 oktyabr. AÇ. Vyana. Avstriya - Azərbaycan 3:0
12 oktyabr. AÇ. Bakı. Azərbaycan - Türkiyə 1:0
17 noyabr. YO. Podqoritsa. Çernoqoriya - Azərbaycan 2:0

2011-ci il

9 fevral. YO. Dubay. Azərbaycan - Macarıstan 0:2
29 mart. AÇ. Brüssel. Belçika - Azərbaycan 4:1
3 iyun. AÇ. Astana. Qazaxıstan - Azərbaycan 2:1
7 iyun. AÇ. Bakı. Azərbaycan - Almaniya 1:3
10 avqust. YO. Bakı. Azərbaycan - Makedoniya 0:1
2 sentyabr. AÇ. Bakı. Azərbaycan - Belçika 1:1
6 sentyabr. AÇ. Bakı. Azərbaycan - Qazaxıstan 3:2
7 oktyabr. AÇ. Bakı. Azərbaycan - Avstriya 1:4
11 oktyabr. AÇ. İstanbul. Türkiyə - Azərbaycan 1:0
11 noyabr. YO. Tirana. Albaniya - Azərbaycan 0:1

2012-ci il

24 fevral. YO. Dubay. Azərbaycan - Sinqapur 2:2
27 fevral. YO. Dubay. Azərbaycan - Hindistan 3:0
29 fevral. YO. Dubay. Azərbaycan - Fələstin 0:2
23 may. YO. Şizuoka. Yaponiya - Azərbaycan 2:0
30 may. YO. Frankfurt. Azərbaycan - Andorra 0:0
15 avqust. YO. Bakı. Azərbaycan - Bəhreyn 3:0
7 sentyabr. DÇ. Bakı. Azərbaycan - İsrail 1:1
11 sentyabr. DÇ. Braqa. Portuqaliya - Azərbaycan 3:0
16 oktyabr. DÇ. Moskva. Rusiya - Azərbaycan 1:0
14 noyabr. DÇ. Belfast. Şimali İrlandiya - Azərbaycan 1:1

2013-cü il

1 fevral. YO. Dubay. Azərbaycan - Özbəkistan 0:0
6 fevral. YO. Dubay. Azərbaycan - Lixtenşteyn 1:0
22 mart. DÇ. Lüksemburq. Lüksemburq - Azərbaycan 0:0
26 mart. DÇ. Bakı. Azərbaycan - Portuqaliya 0:2
29 may. YO. Doha. Qətər - Azərbaycan 1:1
7 iyun. DÇ. Bakı. Azərbaycan - Lüksemburq 1:1
14 avqust. YO. Bakı. Azərbaycan - Malta 3:0
7 sentyabr. DÇ. Ramat Gan. İsrail - Azərbaycan 1:1
11 oktyabr. DÇ. Bakı. Azərbaycan - Şimali İrlandiya 2:0
15 oktyabr. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1
15 noyabr. YO. Tallinn. Estoniya - Azərbaycan 2:1
19 noyabr. YO. Bişkek. Qırğızıstan - Azərbaycan 0:0

2014-cü il

5 mart. Dubay. YO. Azərbaycan - Filippin 1:0
28 may. San-Fransisko. YO. ABŞ - Azərbaycan 2:0
20 avqust. Bakı. YO. Azərbaycan - Özbəkistan 0:0
3 sentyabr. Moskva. YO. Rusiya - Azərbaycan 4:0
9 sentyabr. Bakı. AÇ. Azərbaycan - Bolqarıstan 1:2
10 oktyabr. Palermo. AÇ. İtaliya - Azərbaycan 2:1
13 oktyabr. Osiyek. AÇ. Xorvatiya - Azərbaycan 6:0

XS
SM
MD
LG