Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:36

Araz Ağalarov Rusiyaya sanksiyalardan danışır


"CrocusGroup" şirkətlər qrupunun sahibi Araz Ağalarov

"CrocusGroup" şirkətlər qrupunun sahibi Araz Ağalarov

-
"Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkə biznesinə mənfi təsir göstərir."

ANS PRESS-in məlumatına görə, bu sözləri "CrocusGroup" şirkətlər qrupunun sahibi Araz Ağalarov Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq Qərbin Rusiya iqtisadiyyatına qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

“Sanksiyalar- bu hər zaman pisdir. Hətta əgər onlar (sansksiyalar) iqtisadi ziyan verməsə belə, psixoloji zərər gəlir. Bizim halımızda isə həm bu, həm də digər vəziyyətdən söhbət gedir. Bildiyiniz kimi xarici ödənişlər çətinləşib və nə vaxtsa aktiv işlədiyimiz ölkələrdən çatdırılma çətinləşib. Təbii olaraq bu ölkənin ümumi iqtisadi vəziyyətinə mənfi təsirini saxlaya bilməzdi, ona görə də Rusiyaya sanksiyalarla təzyiqlərdə dəqiq yaxşı bir şey yoxdur”- deyə Ağalarov bildirib.

BİZ POLİSDƏN QORUNMAMALIYIQ

Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinorejissor Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovun şikayəti üzrə Nəsimi Rayon Məhkəməsində keçirilən prosesi dəyərləndirib. Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub.

Eldəniz Quliyev oktyabrın 16-da “Media forum” saytına deyib ki, Azərbaycanda məhkəmədən yaxşı bir şey gözləmək mümkün deyil: “Feysbuk” səhifəmdə yazdıqlarımda hər hansı bir adamın yox, bir təşkilatın adı hallanır. Qanunda təşkilatın şərəf və ləyaqəti anlayışı yoxdur. Bu terminlər fərdə aiddir. Yazdığım statusda təhqir görmürəm. Əgər iddia olunduğu kimi Azərbaycan polisi yaxşıdırsa, biz də yaxşı olmasını istəyirik. Lap yaxşıdırsa, ideal olmasını istəyirik. Çünki polis bizi qorumalıdır, biz polisdən qorunmamalıyıq”.

“DİPLOM HAQQINDA MƏLUMATLAR” ELEKTRON XİDMƏTİ İSTİFADƏYƏ VERİLİB

“Elektron hökumət” portalına Təhsil Nazirliyinin daha bir elektron xidməti inteqrasiya edilib.

AzərTAc “Elektron-hökumət” portalına istinadla xəbər verir ki, “Diplom haqqında məlumatlar” adlanan yeni xidmət vasitəsilə vətəndaşlar öz diplomları barədə məlumatları iki şəkildə - diplomun seriya və nömrəsini daxil etməklə və ya şəxsiyyət vəsiqəsinin nömrəsinə görə əldə edə bilərlər. Şəxsiyyət vəsiqəsinin nömrəsinə görə məlumat əldə olunarkən portaldan autentifikasiyadan keçmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-i avtomatik təyin olunur. Yeni xidmətin istifadəyə verilməsi ilə Təhsil Nazirliyinin “Elektron hökumət” portalına inteqrasiya edilmiş e-xidmətlərinin sayı 3-ə çatıb.

QHT QANUNVERİCİLİYİNƏ TƏKLİFLƏR MÜZAKİRƏ OLUNDU

Modern.az: Oktyabrın 16-da Milli Məclis, Ədliyyə Nazirliyi və vətəndaş cəmiyyəti institutları təmsilçiləri QHT və qrant haqqında qanunlara ediləcək əlavə və dəyişiklərlə bağlı ictimai müzakirə keçirib. Tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilib. Şura sədri, deputat Azay Quliyev QHT qanunvericiliyinə təklif olunan dəyişikliklərlə əlaqədar maraqlı tərəflər arasında növbəti dialoqun və müzakirənin keçirilməsinin vacib olduğunu bildirib. Həmin dəyişikliklər Milli Məclisin 17 oktyabr plenar iclasında müzakirə olunacaq.

QHT nümayəndələri bildiriblər ki, QHT sektoruna dövlət büdcəsindən ayrılan vəsaitlər ehtiyaclara uyğun olaraq artırılmalı və onların əməkdaşlıq etdikləri donorlarla iş birliyinə xələl gəlməməlidir. Təklif olunan əlavə dəyişikliklərin müəllifi Komitə sədri

Əli Hüseynli

Əli Hüseynli

Əli Hüseynli təklif olunan əlavə və dəyişikliklərin QHT-lərlə deyil, donorlarla bağlı olduğunu qeyd edərək, QHT-lərin narahatlığı üçün ciddi əsas olmadığını söyləyib. Bununla yanaşı, komitə sədri onu da bildirib ki, burada səslənən bütün fikirr və təkliflər araşdırılacaq və mümkün olanlar nəzərə alınacaqdır.

İSTEHSALATDA ÖLƏNLƏRİN SAYI 1.7 DƏFƏ ARTIB

“Эхо” qəzeti istehsalatda ölənlər barədə yazı dərc edib. Statistika Komitəsinin məlumatına görə 2000-ci ildə istehsalatda 37 bədbəxt hadisə baş veribsə, 2013-cü ildə bu qərəm 66-ya çatıb. İşləyənlərin sayına nisbətdə rəqəm dəyişməyib – 0.04 faiz.

Ancaq eyni zamanda əməyin mühafizəsinə sərf olunan vəsait də artıb. 2000-ci ildə bu məqsədlə 8.9 milyon manat sərf olunubsa, 2013-cü ildə bu göstərici 50.8 milyon manat olub. Yəni 13 ildə vəsait 5.6 dəfə artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG