Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:23

Siyavuş Novruzov: «Beş-altı hüştürüm düşüb ortaya...»


Deputat Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov

-
Milli Şuranın 12 oktyabr mitinqində Avropa Birliyinin bayraqlarının meydanda qaldırılması müxtəlif versiyalara yol açıb. Bəzi müşahidəçilər Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin kəskinləşməsi, Rusiya ilə isə yaxınlaşma şəraitində hətta uzaqgedən nəticələr çıxararaq “Avromeydan”ın Azərbaycanda gündəmə gələ biləcəyi barədə ehtimallar səsləndirirlər.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə “Yeni Müsavat”a müsahibəsində Bakı ilə Qərb arasında münaqişənin olduğunu inkar edir. Deputat Azərbaycanın ordusunu da NATO standartlarına uyğunlaşdırdığını vurğulayıb.

“NATO-ya üzv olmaq üçün bəyanat verən ölkələrin nə ordusunun büdcəsi, nə dövlət büdcəsi, nə qanunvericilik Azərbaycan səviyyəsində deyil. Sadəcə olaraq, onlar bəyanat verməklə “qarğa, məndə qoz var” funksiyasını həyata keçirirlər. Azərbaycan isə balanslaşdırılmış siyasət aparır. O ki 5-6 hüştürüm düşüb ortaya, Avropaya yaxınlığı ilə seçilmək istəyir.Biz həmişə görmüşük ki, həmin adamlar narıncı paltar geyib, yaxud əllərinə gül dəstəsi götürüb küçəyə çıxıblar. Yəni dünyada baş verən hadisələrlə bağlı bunların öz fikirləri, xalqa verəcək hansısa təklifləri yoxdur, ondan-bundan oğurluqla, hansısa ölkələri yamsılamaqla məşğuldurlar. Yuqoslaviyadan başlamış indiyədək biz bu proseslərin şahidi olmuşuq. Lakin bunlar zaman, məkan, şəxsiyyət, xalq-dövlət münasibətlərini ölçmürlər. Hadisələr baş verən ölkələrdə tamam başqa məsələlərdən söhbət gedirdi. Yoxsa bir bayraq qaldıran kimi burda nəsə baş verəcəyini düşünmək yanlışdı, bununla məsələ həll olunmur”

XS
SM
MD
LG