Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:06

Rusiya iki amerikalı jurnalisti saxlayıb


Rusiya rəsmiləri iki amerikalı jurnalisti müvəqqəti saxlayıb və onların Sankt Peterburqda araşdırıcı jurnalistika seminarı keçirməsini qadağan edib.

Oktyabrın 16-da məhkəmə həmin jurnalistlərin Rusiya viza qaydalarını pozduğunu üzə çıxarıb və onları bir neçə saatdan sonra buraxıb.

İmmiqrasiya əməkdaşları tərəfindən saxlanılan Cənubi Karolina Universitetinin professoru Randy Covington və Araşdırmaçı Jurnalistika üzrə Yeni İngiltərə Mərkəzindən Joe Bergantino 14 Rusiya jurnalisti üçün iki günlük seminara başlamışdılar.

Federal Miqrasiya Xidmətinin Sankt Peterburq filialı bildirib ki, həmin şəxslərin fəaliyyəti Rusiyaya səfərin məqsədi ilə “üst-üstə düşməyib”. Rəsmilər bildirib ki, jurnalistlər seminara davam edə bilməzlər, ancaq Rusiya planlaşdırdıqları kimi tərk etməkdə azaddırlar.

Araşdırmaçı Jurnalistika üzrə Yeni İngiltərə Mərkəzi bildirib ki, həmin şəxslərin turist vizası olub və Moskvada bir seminar aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG