Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

Həbsdəki keçmiş NİDA-çı Heydər Əliyevin məzarını ziyarət üçün müraciət edib


-

Həbsdə olan keçmiş NİDA-çı Bəxtiyar Quliyev Heydər Əliyevin məzarını ziyarətə şərait yaratması üçün Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytında yayılan müraciətdə Bəxtiyar Quliyev prezident İlham Əliyevə bundan əvvəlki müraciətinə də toxunub:

«Əvvəl yazdığım müraciətimdə prezidentə bildirmişdim ki, törətdiyim cinayət əməlinə görə peşman olmuşam. Habelə istədim ki, mən Azərbaycanın gənc vətəndaşı olaraq, gələcək quruculuqda əlimdən gələni edim. Təcridxanada mən dərk etdim ki, vətənimizdə gedən quruculuq işlərinin memarı ulu öndər Heydər Əliyev olub. Vətənpərvər bir gənc kimi ulu öndərin məzarını ziyarət etməyi özümə mənəvi borc bilirəm. Xahiş edirəm ulu öndərin məzarını ziyarət etmək üçün mənə müvafiq şərait yaradılmasında köməklik göstərəsiniz».

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib.

Onlar, əsasən, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilirlər.

İttihamları qəbul etməyən NİDA-çılar həbslərinin siyasi sifariş olduğunu bildirirdilər.

Mayın sonlarında Bəxtiyar Quliyev müraciət yayaraq NİDA üzvlüyündən çıxdığını bəyan edib. Bundan sonra o, əfv olunması ilə bağlı prezidentə məktub ünvanlayıb.

XS
SM
MD
LG