Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:43

Avropa Parlamenti Saxarov mükafatının qalibinin elan olunmasını oktyabrın 21-nə kimi təxirə saldı.

Parlamentin sədri Martin Schulz deyib ki, bu, siyasi motivlərlə yox, inzibati səbəblərlə bağlıdır. Ancaq parlament üzvləri bildirirlər ki, keçən ildən fərqli olaraq bu dəfə mükafatı kimə verməkdə fikir ayrılığı yaranıb.

Avropa Parlamentində Yaşıllar və sağ-mərkəzçi deputatlar Saxarov mükafatının Ukraynanın Avromaydan hərəkatına verilməsini istəyiblər. Ancaq sosial demokratlar, liberallar və ifrat sollar və ifrat sağlar bunun əleyhinə çıxıb.

Avropada bir sıra ifrat sağlar və ifrat sollar Rusiya prezidenti Putini dəstəkləyir.

Saxarov mükafatına bu ilki namizədlər – Azərbaycanlı insan haqları müdafiəçisi Leyla Yunus, Ukraynanın Avromaydanı və konqolu həkim Denis Mukwegedir.

Denis Mukwegenin xəstəxanası kütləvi zorlamaların minlərlə qurbanına yardım göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG