Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:09

Kinoteatrlar yeni dəhşət filminin nümayişini dayandırdı [İğtişaş]


-

Fransanın bir neçə şəhərində yeni dəhşət filminin nümayişi dayandırılıb.

İblis-kukladan bəhs edən “Annabelle” filminin nümayişi zamanı yeniyetmə tamaşaçılar kinoteatrların zallarında dalaşmağa, hətta oturacaqları sındırmağa başlayıblar.

Marseille-dəki 450 yerlik “Les 3 Palmes” kinoteatrının sahibi Didier Tarizzo deyib ki, ötən şənbə günü ərzində filmə baxmağa mindən çox tamaşaçı gəlib, amma onların bəziləri ən adi davranış qaydalarından bixəbər adamlar olublar, dalaşıb bir-birinə pop-korn atmağa, ucadan danışmağa, zalda gəzməyə başlayıblar. (Ardı aşağıda)

Film tənqidçisi Alain Grasset isə Fransanın BFMTV kanalına deyib ki, gənc tamaşaçılar üçün filmə baxmaq həm də əylənmək, filmlə məzələnmək, dəlilik etmək fürsətidir”.

İlk dəfə deyil ki, dəhşət filmi Fransada iğtişaş yaradır. Oxşar fenomen 2012-ci ildə “Paranormal Activity and Sinister” filminin nümayişi zamanı da müşahidə edilib. Onda filmin nümayişi 40-dan çox kinoteatrda dayandırılmışdı.

“Annabelle” filmi xeyli tənqid olunsa da, dünya kinoteatrlarında 130 milyon dollara qədər pul toplayıb. Büdcəsi isə cəmi 6,5 milyon dollardır.

“Guardian”a istinadla OxuZalı

Günün bütün mövzuları

XS
SM
MD
LG