Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:49

Dövlət Gənc Tamaşaçılar Teatrında Osman Hacıbəyov anılacaq


Aktyor Osman Hacıbəyov
Aktyor Osman Hacıbəyov

-

Oktyabrın 22-də saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, Əməkdar Artist Osman Hacıbəyovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, teatrın foyesində sənətkarın rol aldığı tamaşalardan fotolar nümayiş etdiriləcək.

Sərgidən sonra böyük səhnədə vaxtilə onunla birgə çalışmış sənət dostları xatirələrini bölüşəcək, sonda unudulmaz sənətkarın xatirəsinə dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası göstəriləcək.

Osman Hacıbəyov 1924-cü il fevralın 18-də Şuşada ziyalı ailəsində doğulub.

Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Dövlət Gənc Tamaşaçılar Teatrnın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib.

1948-ci ildən-- təhsilini bitirəndən 1979-cu ilə qədər bu teatrda çalışıb.

Osman Hacıbəyov Eloğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq), Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Elşən ("Məlik Məmməd” Ə.Abbasov), Protey ("İki veronalı", Vilyam Şekspir), İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə), Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Holdoni), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə), Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) və başqa rolları ilə tamaşaçıların yaddaşına yazılıb.

O, 1979-cu il iyunun 14-də Bakıda vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG