Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

BMT-nin insan haqları komissarı Ebola və İD yaraqlılarını dünyaya 2 ən böyük təhlükə adlandırır


BMT-nin insan haqları üzrə komissarı Zeid Raad al-Hussein Ebola xəstəliyinin və İslam Dövləti yaraqlılarını dünyaya iki ən böyük təhlükə adlandırıb.

Onun fikrincə, bu iki təhlükə dünyanın etinasızlığı sayəsində baş qaldırıb.

Al-Hussein BMT-nin insan haqları üzrə komissarı kimi ilk dəfə mətbuat konfransı keçirirdi. O deyib ki, onun idarəsi Ebola xəstəliyi ilə mübarizədə bələdçi rolunu oynayacaq qaydalar hazırlayır. Bunlar insanların hüquqlarını müdafiə edəcək.

Al-Hussein İslam Dövləti yaraqlılarını isə potensil soyqırım hərəkatı adlandırıb. O deyib ki, bu qruplaşma insan haqlarının tam əksidir, onlar öldürür, işgəncə verir, onların ədaləti öldürməkdir.

XS
SM
MD
LG