Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:55

İtlərin öldürülməsinə etiraz edən qızlar polisdə döyüldüklərini deyirlər


Arxiv foto

Arxiv foto

-

“Alyans” Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri Lada PenkovaGülnarə Məmmədova (şərti ad) Sumqayıt 4-cü Polis Bölməsində döyüldüklərini bildirirlər. Rusiya vətəndaşı olan Lada Penkova deyir ki, döyülmələrinə səbəb itlərin küçədə qanunsuz öldürülmələrinə etiraz etmələri olub:

“ONUN ŞİKAYƏTİNİ QƏBUL ETMƏYİBLƏR”

“Oktyabrın 15-də rəfiqəm Gülnarə Məmmədova (şərti ad) səhər Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında itlərin güllələndiyini görüb. O, itləri vuranlara yaxınlaşıb və onlardan sənəd tələb edib.

Lakin ona itilərin vurulmasına icazə verilməsi ilə bağlı sənəd təqdim olunmayıb. Gülnarə bu hərəkətin qanunsuz olduğunu bildirsə də, onlar əhəmiyyət verməyib, hadisə yerindən uzaqlaşıblar. Daha sonra Gülnarə polisə gedib və itləri güllələyənlərdən şikayətçi olduğunu bildirib. Onun şikayətini qəbul etməyiblər. Bundan sonra Gülnarə mənə zəng edib məsələni izah etdi . Mən də durub polisə getdim”

“POLİSLƏR AYTƏNİ ÖLÜMCÜL DÖYMÜŞDÜLƏR”

Lada Penkova deyir ki, bütün olanlar da bundan sonra baş verib:

Lada Penkova

Lada Penkova

“Getdim bölməyə. Gülnarənin şikayətini nəyə görə qəbul etmədiklərini soruşdum. Polislər bizi təhqiramiz ifadələrlə aşağılayıb, idarədən qovmağa çalışdılar. Gülnarə əlini telefona uzadıb DİN-in “102 zəng xidmətinə” polislərdən şikayət etmək istəyəndə, onun saçından tutub, yerə yıxdılar. 4-5 nəfər idmançı cüssəli polislər onu yerdə təpikləməyə başladılar.

Etiraz etmək istəyəndə Zaur adlı polis zabiti mənim saçımdan tutub bir neçə dəfə divara vurdu. Sonra məni sürüyüb bayıra çıxardılar. Gülnarə isə otağa salıb döyməkdə davam ediblər. Gülnarə ölümcül döymüşdülər. Elə yerimizdən vururdular ki, iz qalmasın. Mən dərhal “102”-yə zəng vurdum, olanları şikayət etdim”.

“BİZİ DÖYƏN, TƏHQİR EDƏN POLİSLƏRİN CƏZALANDIRILMASINI İSTƏYİRİK”

Lada Penkova deyir ki, oktyabrın 16-da şikayət əsasında onları Sumqayıt Şəhər Polsi İdarəsinə çağırıblar:

“Bizi rəis müavini qəbul etdi. Dedi ki, məsələni araşdıracaqlar. Ancaq bilmirik, nə dərəcədə obyektiv araşdırılacaq. İstəsələr, bölmədə quraşdırılan kameralardan hər şeyi görə bilərlər. Biz istəyirik ki, bizi döyən, təhqir edən polislər cəzalandırılsın”.

POLİS RƏİSİ: “GÜLNARƏ MƏMMƏDOVA İNZİBATİ QAYDANI POZUB”

Lada Penkova iddia edir ki, polis ona təzyiq göstərib

Lada Penkova iddia edir ki, polis ona təzyiq göstərib

Sumqayıt Şəhər 4-cü Polis Bölməsində Lada Penkova və Gülnarə Məmmədovanın (şərti ad) döyülməyini təkzib edirlər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov AzadlıqRadiosuna bildirib ki, Gülnarə Məmmədova (şərti ad)oktyabrın 15-də ictimai qaydanı pozduğuna görə polisə gətirilib:

“Gedib icra hakimiyyətin qarşısında qışqırıq salıb. Mühafizəçilər onun qolundan tutub polisə gətiriblər. Burada onun inzibati qaydanı pozduğu müəyyənləşib. Məhkəməyə aparmaq istəyəndə etiraz edib və köməyə rəfiqəsini çağırıb. O da gəlib, burada polislərə mane olmağa çalışıb. Buna baxmayaraq polislər Gülnarə Məmmədovanı (şərti ad) məhkəməyə aparıb. Məhkəmə xəbərdarlıq edərək, onu buraxıb. Bu, Gülnarə Məmmədova (şərti ad) ilə bağlı birinci məsələ deyil. O, dəfələrlə bu cür problemlər çıxarıb. Bu qız normal həyat tərzi keçirmir.

Evlərində 40-dan artıq pişik saxlayır. Bu üzdən valideynləri də tərk edib evi. Qonşular da bununla bağlı dəfələrlə bizə şikayət ediblər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG