Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:09

Azərbaycanlı alimin adı dünyanın görkəmli alimlərinin reyestrinə salınıb


Akademik Rafael Hüseynov
Akademik Rafael Hüseynov

-

Azərbaycanlı alim, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Yaxın və Orta Şərq xalqlarının orta əsrlərdə yaranmış ədəbiyyatı və mədəniyyətini araşdırmaq və dünya miqyasında uğurla təbliğ etmək istiqamətindəki səmərəli fəaliyyətlərinə görə Böyük Britaniyada “Elmdə ad” Beynəlxalq mükafatına layiq görülüb.

AMEA-nın verdiyi məlumata görə Oksford şəhərinin tarixi tikililərindən olan şəhər ratuşa binasında keçirilən tədbirdə azərbaycanlı alim “Dünya elminə töhfələrinə görə” medalı ilə təltif olunub.

Dünyanın 30-dan artıq ölkəsindən gəlmiş alimlərin iştirakı ilə keçirilən təntənəli təltifetmə mərasimində Rafael Hüseynov çıxış edib.

Beynəlxalq Sokrat Komitəsinin qərarı ilə Rafael Hüseynovun adı XXI əsrin Görkəmli Alimlərinin Dünya Reyestrinə daxil edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG