Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

Azərbaycanla Tacikistan arasında sənədlər imzalanıb


-

Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək və geniş tərkibli görüşlərindən sonra iki ölkə arasında sənədlər imzalanıb.

İlk imzalanan sənəd iki ölkənin «mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş»dir. Sənədi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov imzalayıblar.

Digər imzalanan sənədlər «bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş», «səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş» və «Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş»dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG