Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Paytaxtda bölgə yazarlarının poeziya gecəsi keçiriləcək


Azerbaijan-Azerbaijan Youth Foundation.Project

Azerbaijan-Azerbaijan Youth Foundation.Project

-

Oktyabrın 18-də saat 17:00-də Rəşid Behbudov adına Mahnı Teatrında "Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta..." layihəsi çərçivəsində "zirvə tədbiri”-- musiqili poeziya gecəsi keçiriləcək.

Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, layihənin rəhbəri Əfsanə Ələsgərlinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Prezident Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilən tədbirdə ölkənin müxtəlif bölgələrində yaşayıb-yaradan gənc istedadlı şairlərin ifasında şeirlər səsləndiriləcək.

Münsiflər heyəti tərəfindən qiymətləndirilən və öz məzmun yükü, yaradıcı tapıntılarına görə seçilən ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və hədiyyələrlə təltif ediləcək.

"Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta..." adlı layihənin məqsədi paytaxt mühitindən kənarda—bölgələrdə yaşayıb-yaradan gənc istedadlı yazarları üzə çıxarmaq, yeni imzaları ədəbi mühitə qazandırmaq, bölgə yazarlarının ölkə ədəbi mühitinə qovuşmasına yardımçı olmaqdır.

İndiyədək layihə çərçivəsində bu məqsədlə “Bölgələrdən səslər ” adlanan iki toplu nəşr edilib.

Xəbərdə bildirilir ki, musiqi və poeziyanın vəhdət təşkil edəcəyi həzin ovqatlı tədbirdə ədəbi ictimaiyyətin bir sıra tanınmış simaları, yazarlar, QHT sektorunun nümayəndələri və digər rəsmilər iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG