Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:03

Аzərbаycаnda əhalinin sayı 9 milyon 500 mindən artıqdır


Arxiv foto
Arxiv foto

-

İlin əvvəlindən ölkə əhalisinin sayı 75 min 400 nəfər və ya 0,8 faiz artaraq 2014-cü il sentyabrın 1-dək 9 milyon 552 min 500 nəfərə çatıb. Məlumatı oktyabrın 16-da Dövlət Statistika Komitəsi yayıb.

Statistikaya görə, şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faizdir. Kişi və qadınların say nisbətində qadınların üstünlüyü var (49,7 faiz kişilərdən, 50,3 faiz qadın).

Hər 100 adamın, azı, 22-i yaşı 14-dək (22,4%), 72-i 15-64 yaşda (71,8%), 6-ı 65 və yuxarı yaşlılardır (5,8%).

1000 KİŞİYƏ 1011 QADIN

Hazırda hər min kişiyə min 11 qadın düşür.

Bu ilin ilk 8 ayı boyunca ölkədə 112 min körpə dünyaya göz açıb (hər gün orta hesabla 461 körpə). Əhalinin hər min nəfərinə və ötən ilin eyni dövrünə nisbətdə həmin göstərici dəyişməyib (17,8).

Yanvar-avqust aylarında ölkədə 37 min 300 ölüm qeydə alınıb. Əhalinin hər min nəfərinə ölüm əmsalı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyib (5,9).

8 MİN BOŞANMA QEYDƏ ALINIB

Rəsmi orqanlar ölkə üzrə 53 min 400 nikah və 8 min boşanma qeydə alıb. Əhalinin hər min nəfərinə nisbətdə evlənmə və boşanmalar uyğun olaraq 8,5 və 1,3 fazi olub.

2014-cü ilin yanvar-avqust aylarında 1299 nəfər Azərbaycana daimi yaşamağa gəlib, 575 nəfər ölkəni tərk edib. Bu faktları Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları qeydə alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG