Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:24

Bakıda beynəlxalq konfrans keçirilir


Bu gün- oktyabrın 16-da Bakıda “Bakı-Tbilisi-Qars dəmir yolu xətti - Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilir.

AzərTAc-ın verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzində keçirilən konfransda region, Avropa və Asiya ölkələri, beynəlxalq təşkilatlar və maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin beynəlxalq və regional əhəmiyyəti, perspektivləri, Azərbaycanın nəqliyyat imkanları və tranzit potensialı barədə dünya ictimaiyyətinin daha geniş məlumatlandırılması, Avropa ilə Asiya arasında səmərəli nəqliyyat qovşağı kimi ölkəmizin beynəlxalq nüfuzunun və etibarının daha da möhkəmləndirilməsi beynəlxalq konfransın əsas məqsədlərindəndir.

Konfrans yeni dəmir yolu xəttinə yük və sərnişin axınlarının cəlb edilməsi, nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRASECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG