Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Şahidlər Oqtay Gülalıyevin oğlunun məhkəməsinə məcburi gətiriləcək


Oqtay Gülalıyev

Oqtay Gülalıyev

-

Oktyabrın 15-də Xətai rayon Məhkəməsində Milli Şura mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevin işi ilə bağlı proses keçirilib.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Oqtay Gülalıyevin bildirdiyinə görə, məhkəmədə çıxış edən şahidlər ibtidai istintaqda verdikləri ifadəni təkzib ediblər:

«Şahidlərdən biri bildirdi ki, o, ümumiyyətlə Əlinin kimisə vurmasını şahidi olmayıb. O dedi ki, ibtidai istintaqda ona təzyiq olunub. Bildirdi ki, həmin izahatı polis yazıb və onu zorla qol çəkməyə məcbur edib. Polis bildirib ki, Əlinin adam döydüyü haqda izahat yazmasan, sənin özünün başın ağrıyacaq. Azyaşlı olmasına baxmayaraq şahid istintaqda valideynlərinin iştirakı olmadan, tək dindirilib. Bu da qanun pozuntusudur. Təzyiqlə üzləşən digər şahidlər məhkəmədə iştirak etmək istəmirlər. Hakim onların məcburi məhkəməyə gətirilməsi ilə bağlı qərar çıxardı».

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG