Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:02

Putin-in heykəlinin başını əzən «Femen» üzvü cərimələndi


-

Paris məhkəməsi Putinin mum heykəlini dağıdan Femen qrupunun üzvünü cərimələyib.

Ukraynanın öz çılpaq etirazları ilə məşhur olan Femen qrupunun üzvü olan Zhdanova iyun ayında Parisdə Grevin mum heykəllər muzeyində çılpaq sinəsində “Putinə ölüm” şüarı ilə Putinin heykəlini dağıtmışdı.

Putinin heykəli yıxılmışdı və "Putinin başı" əzilmişdi.

İndi məhkəmə onu vandalizmə görə 1500 avro cərimə edib.

Məhkəmə qərarını Zhdanova gülərək qarşılayıb. O deyib ki, bu qərar gülməlidir.

26 yaşlı Zhdanova məhkəmədən sonra isə bildirib ki, qərar onun üçün gözlənilməz olub. Ancaq qeyd edib ki, onların çılpaq etirazları həmişə diqqəti cəlb edir, ona görə qərarın onun üçün əhəmiyyəti yoxdur.

Zhdanova iki ildir ki, Fransada siyasi mühacir kimi yaşayır.

XS
SM
MD
LG