Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:47

Paris məhkəməsi Putinin mum heykəlini dağıdan Femen qrupunun üzvünü cərimələyib.

Ukraynanın öz çılpaq etirazları ilə məşhur olan Femen qrupunun üzvü olan Zhdanova iyun ayında Parisdə mum heykəllər zalında çılpaq sinəsində “Putini öldür” şüarı ilə Putinin heykəlini dağıtmışdı.

İndi məhkəmə onu vandalizmə görə 1500 avro cərimə edib.

Məhkəmə qərarını Zhdanova gülərək qarşılayıb. O deyib ki, bu qərar gülməlidir.

26 yaşlı Zhdanova məhkəmədən sonra isə bildirib ki, qərar onun üçün gözlənilməz olub. Ancaq qeyd edib ki, onların çılpaq etirazları həmişə diqqəti cəlb edir, ona görə qərarın onun üçün əhəmiyyəti yoxdur.

Zhdanova iki ildir ki, Fransada siyasi mühacir kimi yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG