Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:56

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edildi


Aybəniz Əliyeva-Kəngərli

Aybəniz Əliyeva-Kəngərli

-

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Aybəniz Əliyeva-Kəngərli tutduğu vəzifədən azad olunub.

AMEA-nın yaydığı xəbərə görə, bu haqda qərar Rəyasət Heyətinin oktyabrın 15-də keçirilən iclasında qəbul olunub.

Xəbərdə Aybəniz Əliyeva-Kəngərlinin öz xahişi ilə işdən çıxdığı bildirilir.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.

Aybəniz Əliyeva –Kəngərli 1947-ci ildə Şərurda doğulub.

Filologiya üzrə elmlər doktorudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG