Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

“Rayonda dözülməz vəziyyət hökm sürür. İnfrstruktur bərbad gündədir, azad sahibkarlığa bərabər şərait yaradılmır”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə İmişli sakinləri yazıb.

Yazırlar ki, iki il əvvəl təyin olunmuş icra başçısı rayonda sosial durumu nəinki yaxşılaşdıra bilməyib, əksinə, vəziyyəti bir az da çətinləşdirib:

"PAY TORPAQLARI ƏLİMİZDƏN ALINIR, BAŞQALARINA SATILIR"

"Buna görə də, əhalinin böyük əksəriyyəti onun fəaliyyətindən narazıdır. Bu barədə ölkə rəhbərliyinə edilən şikayətlərə, problemlərin KİV-də işıqlandırılmasına baxmayaraq, başçı öz işindədir. Vətəndaşların istifadəsində olan otlaq yerləri satılıb, pay torpaqları kəndlilərin əlindən zorla alınıb, dövlət əmlakında olan bəzi ərazilər ayrı-ayrı şəxslərin adına özəlləşdirilib".

Məktubda qeyd olunur ki, başçıya yaxın adamlar rayondakı durumla bağlı mətbuata məlumat ötürənləri müəyyən edib polislə hədələyirlər.

"OBYEKTLƏR SÖKÜLÜR, SAHİBKARLAR TƏZYİQLƏ SUSDURULUR"

"İmişlinin mərkəzindəki boş torpaq sahələri rayon rəhbəri tərəfindən qarış-qarış satılıb. İndiyə qdər bir neçə sahibkarın obyekti heç bir səbəb göstərilmədən sökülüb. Sökürlər, adını da qoyurlar abadlıq... Həmin iş adamlarına kompensasiya vəd olunsa da, sonradan müxtəlif təzyiqlərlə onları kompensasiya tələbindən əl çəkməyə vadar edirlər. Bu yaxınlarda onlarla obyekt yolların genişləndirilməsi adı ilə söküldü. Sonradan məlum oldu ki, həmin obyektlərin yerləşdiyi ərazi başqa adamlara satılıbmış".

Sakinlər yazırlar ki, yollar bərbad vəziyyətdə olduğundan mərkəzdən uzaq kəndlərlə əlaqələr çətinləşib:

"İmişlinin infrastrukturunun abadlaşdırılması, yolların yenidən çəkilməsi və təmir olunması üçün indiyə qədər büdcədən milyonlarla vəsait ayırılıb.Ancaq bəzi kəndlərin yolları tamamilə dağılıb. Dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan İmişlinin abadlaşması məqsədilə ayrılan vəsaitlərin hara xərcləndiyi bəlli deyil. Bu pulların çox az qismi ilərayonda bəzi kosmetik işlər görülüb. Qalanını isə mənimsəyiblər".

İmişlinin İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə keçirilən hesabat tədbirlərində rayonda görülən işlərdən danışıb. Bildirib ki, dövlət proqramı çərçivəsində rayonda tikinti, abadlıq və quruculuq işləri davam edib. Şəhərin hər iki çıxış və girişi yenidən qurulub. Küçə boyunca işıqlandırma sistemi təzələnib, yerə üzlük döşənilib.

BAŞÇININ HESABATINDAN...

Yol kənarlarındakı hasarlar milli arxitektura qaydalarına uyğun yenidən qurulub. Divarlara milli ornamentlərə uyğun bəzəklər vurulub. Mərkəzi küçələrdə olan darvazalar da yeniləri ilə əvəz edilib. Şəhərdə 30-dan çox inzibati binaların fasadları və dam örtükləri yenisi ilə əvəz edilib. Rayonda ən müasir tələblər səviyyəsində H.Əliyev mərkəzi, Gənclər Mərkəzi, Regional Ədliyyə şöbəsi, limpya İdman Kompleksi və Şahmat Məktəbi istifadəyə verilib. Dəmiryol vağzalının binası da yenidən qurulub. 136 çarpayılıq Mərkəzi rayon xəstəxanası həkimlərin və rayon sakinlərinin sərəncamına verilib. Rayonda 10-dan çox yeni məktəb binası inşa olunub, 5 məktəb binası əsaslı təmir edilib. Şəhərin qaz təssərüfatı da tamamilə yenidən qurulub. Növbəti ildə isə rayonun bütün kəndlərində qazlaşdırma işləri aparılacaq. Kənd və qəsəbə yollarının əsaslı təmiri və yeni otel kompleksinin tikintiləri davam edəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG