Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1, mənzil 16 ünvanda yaşayan Kəmalə Rüstəmova AzadlıqRadiosunun "Qaynar xətt"inə bacısı Ceyran Rüstəmovanın qanunsuz həbsdə saxlanılmasından danışır.

Onun deməsinə görə, bu il iyulun 22-də Ceyran Rüstəmovaya qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd) maddələri ilə ittiham elan olunub. Barəsində həbs qətimkan tədbiri seçilib:

“Ceyran heç kimdən pul almayıb, əksinə, pul verib. Belə ki, bacım iş üzrə zərərçəkmiş kimi təqdim olunan şəxslərə borca pul verib, hətta notarial qaydada kredit və ipoteka müqaviləsi imzalayıb. Borcun ödənilmədiyini görəndə isə bacım həmin şəxsləri məhkəməyə verib və iddiası təmin olunub. Daha sonra narazı qalan tərəf apelyasiya və kassasiya şikayəti verib, qətnamə dəyişdirilmədən qüvvədə qalıb. Yəni bacımın iddiası təmin olunub”.

Kəmalə Rüstəmovanın bildirdiyinə görə, bacısı Ceyrana borclu olan şəxslər arasında olan Səkinə Sadıxova bütün instansiyaları uduzduğunu görərək prokurorluğa şikayətlər yazmağa başlayıb:

"ONA PUL VERMƏMİŞDİLƏR, ONDAN ALMIŞDILAR"

“Səkinə adlı qadın bacıma bu qaydada borcu olan şəxsləri axtarıb tapıb və onlara deyib ki, onsuz da bütün məhkəmələri uduzmusuz, hər şey əlinizdən çıxıb, gəlin şikayət edin, pulu verməyin. Bundan sonra həmin şikayətçilər dəfələrlə şikayət etdilər, hətta bir-iki nəfər intihara da cəhd göstərdi. Elə bu səbəbdən də prokurorluq cinayət işi başladı, bacım həbs olundu. Bu gün bacımın həbsdə olmasına səbəb məhz Səkinədir. Səkinə Sadıxova, Gülnarə Şükürova və Bahar Əliyeva notarial qaydada ərizə yazaraq Baş Prokurorluğa və digər qurumlara göndəriblər. Bacıma da ittiham elan elədilər ki, guya zərərçəkənləri dələduzluq yolu ilə aldadıb, onları notariusa aparıb, müqavilələr imzaladıb, sonra məhkəməyə verməklə onların əmlakını ələ keçirib. Sual olunur: şəxs notarial qaydada müqavilə imzalayır, 3 məhkəmə instansiyasında iddiası təmin edilir, 7 hakim işə baxır, məhkəmə icrası qətnaməni icra edirsə, burada hansı dələduzluqdan söhbət gedə bilər? Əgər dələduzluq olubsa, gərək bütün bankları, müqavilə bağlayanları, notariusları, hakimləri də həbs etsinlər".

Kəmalə Rüstəmova onkoloji xəstəlikdən əziyyət çəkən bacısının ölüm təhlükəsi ilə üz-üzə qaldığını deyir:

XƏSTƏDİR, YENƏ HƏBSDƏDİR

“Sentyabrın 11-də Səbayel Rayon Məhkəməsi bacıma ev dustaqlığı da seçmədi ki, prokurorluq imkan vermir, zərərçəkənlər şikayət edir. Halbuki bacım hazırda Penitensiar Xidmətin müalicə müəssisəsindədir, müalicəsini orada davam etdirə bilmir, çünki kimya terapiyası almalıdır. Və bu ədalətsizlikdən intihar etmək niyyətindədir. Haqq sözümüzü heç kim eşitmir. Ölümcül xəstə bacımın ömrünə isə az günlər qalır. Bacımın 50 yaşı var, Türkiyədə əməliyyat olunub, süd vəzləri götürülüb, həbs olunması ilə əlaqədar kimyəvi terapiyasını yarımçıq saxlayıb, heç bir qida, dərman qəbul etmir. Ona ev dustaqlığını da çox görürlər. Ən qəddar dövlətlərdə belə ölümcül xəstələrə qarşı həbs cəzası seçilmir. Azərbaycan kimi demokratik ölkədə bu cür qanun pozuntusu və ədalətsizliyə yol verilməsi məni təəccübləndirir”.

Baş Prokurorluqdan "Qaynar xətt"ə bildiriblər ki, Ceyran Rüstəmova ilə yanaşı Reyhan Hüseynova və Mətanət Gülməmmədova da dələduzluqda ittiham edilir.

Məlumata görə, adıçəkilən şəxslər faizlə pul vermək adı ilə Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər. Səkinə Sadıxovanın bu minvalla dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib.

İstintaq davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG