Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:18

Gürcüstan Rusiyanın Abxaziya ilə sazişindən narahatdır


Abxaziya, Suxumi
Abxaziya, Suxumi

Gürcüstan Rusiyanın Abxaziya ilə birgə silahlı qüvvələr yaratmaq planından narahatlıq bildirib.

Gürcüstanın Xarici İşlər nazirliyi oktyabrın 15-də bəyanat verərək Kremli belə bir müqavilə imzalamamağa çağırıb. Abxaziyanın bəzi media orqanları Rusiya ilə Abxaziyanın birgə silahlı qüvvələr və inteqrasiya sazişinin layihəsini dərc edib.

Oktyabrın 14-də Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Japaridze deyib ki, bu saziş Abxaziyanın Rusiyaya anneksiyası olacaq.

Baş nazirin xüsusi nümayəndəsi Zurab Abashidze oktybarın 15-də Praqaya Rusiyanın xarici işlər nazirinin müavini Karasinlə danışıqlara yola düşüb. Abashidze deyib ki, Praqa danışıqlarında bu problem müzakirə olunacaq.

XS
SM
MD
LG