Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:15

İlham Əliyev həmsədrlərdən girovlarin qaytarilmasini tələb edib


Oktyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. O həmsədrlərdən girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm ƏsgərovŞahbaz Quliyevin tez zamanda azad olunması yönündə ciddi addımlar atmağı tələb edib. Bununla yanaşı, dövlət başçısı Ermənistan qarşısında həmin iki şəxsin qaytarılması məsələsini qaldırmalarını istəyib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, girovların məsələsi ilə Qırmızı Xaç Komitəsi məşğul olur və yaxın günlərdə müsbət nəticəyə ümid edirlər.

Elmar Məmmədyarov bildirib ki, həmin şəxslər diversant deyil, sadəcə öz torpaqlarına gedərək doğmalarının qəbrini ziyarət etmək istəyiblər.

Nazir Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın sonunda Paris görüşlərinə də toxunub. O görüşə ümidlə getdiklərini bildirib:

“Hər dəfə ümid edirik ki, Ermənistanı yerindən tərpədə bilərik. Plan bəllidir. Azərbaycanın mövqeyi bəllidir, biz Böyük Sülh Sazişi layihəsi üzərində işə başlaya bilərik. Hətta vaxt itirməmək üçün struktur bölmələri üzərində danışıqlar aparmağı da təklif etmişik: nəqliyyatla, qoşunların çıxarılması, qaçqın və köçkünlərin qayıtması ilə bağlı və s. Biz hazırıq buna. Yeganə olaraq Ermənistanın cavabını gözləyirik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG