Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:24

51 100 nəfərə Prezident təqaüdləri təyin olunub


Bu il oktyabrın 1-dək 51 100 nəfərə Prezident təqaüdü təyin olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə Prezident təqaüdünün məbləği bu il aprelin 1-dən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb.

2-ci Dünya Müharibəsi iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği mayın 1-dən 55 manatdan 100 manata çatdırılıb.

I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara aprelin 1-dən əlavə olaraq ayda 60 manat məbləğində Prezidentinin təqaüdü təyin olunaraq ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG