Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

-

Obamanın dilemması: İslam Dövləti yaraqlılarını dağıtmağa söz verib. Ancaq bu vədi necə yerinə yetirsin?

İslam Dövləti yaraqlıları Suriya və İraqda qədim abidələri soymaqla məşğuldur. Neftin qiymətinin düşməyi Putini yola gətirə bilər.

Azərbaycanın hərbi xərclərinin büdcədə payı artır.

Dünya mediası bu gün nədən yazır?

Washington Post qəzeti yazır ki, Obama Suriya və İraqdakı vəziyyətə görə təzyiq altındadır. Adı çəkilməyən bir rəsmi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraq və Suriyadakı hərəkətlərini “çox az və çox yavaş “ kimi qiymətləndirir.

Obama dilemma ilə üzləşib. O vəd verib ki, İslam Dövləti yaraqlılarını dağıdacaq. Ancaq bunu necə etməli? Qəzet bir daha yazır ki, bu, Obama üçün dəhşətli dilemmadır və bundan qaçmaq mümkün deyil.

25 MİLYON UŞAQ MƏKTƏBƏ GETMİR

Malala Yusifzal Nobel Sülh mükafatını alan ilk yeniyetmə oldu. New York Times qəzeti yazır ki, Malala Yusifzalı anlamaq üçün onun hansı ölkədən çıxdığını başa düşmək lazımdır. Pakistanda 200 milyon adam yaşayır. Bunun 52 milyonu 5 yaşdan 16 yaşa kimi olanlardır. Pakistan konstitusiyası bütün uşaqlara azad və icbari təhsil haqqı verir. Ancaq reallıqda yaşı 5-dən 16-ya kimi uşaqlardan 25 milyonu məktəbə getmir. Onların əksəriyyəti qızlardır.

Malala Yusifzal Pakistanda qızların təhsilı probleminə bütün dünyanın diqqətini cəlb etdi. Pakistanda qızların məktəbə getməsinə maneələr bir neçə şovinist talıibançının ekstremizmindən qat-qat böyükdür.

Taliban Malala Yusifzalı başından güllə ilə vurmuşdu, ancaq bundan əvvəl də qızların təhsilində dövlət iflasa uğramışdı. Paksitanın təhsil sisteminin uğursuzluqları 1947-ci ildən - müstəqillik qazandığı dövrdən başlanır. Bundan sonra Pakistanda hər hökumət təhsil sahəsində “xərçəng xəstəliyi” idi.

1970-ci illərin ortalarında Zulfikar Ali Bhutto təhsil sistemini milliləşdirmişdi, bütün müəllimlərə eyni maaş cədvəli düzəlmişdi, ancaq sonra general Ziya ul-Haq təhsili və dərslikləri islamlaşdırdı.

Hazırda 25 milyon uşağı məktəbə qaytara bilsələr belə, təhsil böhranını həll etmək mümkün olmayacaq. Məktəb binaları təhsilə uyğun deyil, məktəblərə müəllim götürəndə siyasətçilər öz adamlarını götürdürlər.

Bunun qurbanı isə uşaqlar olur.

6 yşalı uşaqlar üçün nəzərdə tutulan ana dili testlərindən 10 yaşlı məktəblilərin yalnız yarısı keçə bilib.

7 yaşlı uşaqlar üçün riyaziyyat testini də 10 yaşlı uşaqların yalnız yarısı verə bilib.

NEFTİN DÜŞƏN QİYMƏTLƏRİ

Times qəzeti yazır ki, neftin düşən qiymətləri Putinə ən ağlrılı yerdən zərbə vurur. Qəzet hesab edir ki, Rusiyadan Nigeriyaya qədər neft qiymətlərinin düşməsi xaos yarada bilər. Ancaq eyni vaxtda bu, sülh də yarada bilər.

Hazırda Rusiyanın öz xərclərini ödəyə bilməsi üçün Putinə neftin qiymətinin 100 dollardan 110 dollar qədər olması lazımdır.

Hazırda neftin qiyməti 86 dollardır və Səudiyyə Ərəbistanının hərəkətləri onu göstərir ki, Sıudiyyə Ərəbistanı neftin qiymətini saxlamaqğa kömək etməyəcəkvə neftin qiyməti düşməkdə davam edəcək. Bu, Putin üçün dağıdıcı zərbədir. Hətta neftin qiyməti 90 dollara düşəndə Rosneft dövlətdən 37 milyard dollar kömək istədi ki, borc öhdəliklərini yerinə yetirə bilsin.

Fevraldakı Soçi olimpiadasından bəri rubl öz dəyərinin 5-də 1-ni itirib. Yalnız Argentina pesosu bu dövrdə bundan pis nəticə göstərib.

Putinin böhrana reaksiyası dövlət nəzarətini gücləndirməkdir. Bu da öz növbəsində investorları qorxudur.

Bütün bu vəziyyətdən çıxmaq üçün Putin Ukraynada barışdırıcı mövqeyə gedə bilərmi? Və ya Putin Yaxın Şərqdə Qərblə əməkdaşlıq edə bilərmi? Bütün bunlar neftin qiymətinin düşməyi ilə tamamilə mümkündür.

Qəzet yazır ki, Yaxın Şərqdəki bütün müharibələr neftin qiymətini qaldırır. Bundan isə bir ölkə qazanır. O da Rusiyadır.

Qəzetin fikrincə, neftin qiyməti düşməkdə davam etsə, ən böyük dəyişiklik Rusiyada olacaq.

Putinin neft və qaz sektorunu kleptokratik, yəni oğrular vasitəsilə idarəsi dəyişəcək.

AZƏRBAYCAN HƏRBİ XƏRCLƏRİ İNFLYASİYADAN QORUYUR

Jane’s Araşdırma Mərkəzi Azərbaycanın gələn il üçün büdcəsi layihəsi haqda yazır ki, Azərbaycan hərbi xərclərini 3,1 faiz artırır.

Bu o deməkdir ki, Azərbaycan hərbi xərcləri inflyasiyadan qoruyur, çünki gələn ilə inflyasiya 3-4 faiz nəzərdə tutulur.

Büdcədə hərbi xərclərin payı da artır. Büdcənin 17,9 faizi hərbi xərclərə gedəcək. Bu da 2014-cü ildəki 14,7 faizdən çoxdur.

GÜRCÜSTANIN GÖZLƏNTİLƏRİ DOĞRULMUR

Jamestown.org yazır ki. 2014-cü ildə Gürcüstanın uğurları az, uğursuzluqları isə saysız-hesabsızdır.

Gürcüstanın əsas problemləri pis iqtisadiyyat, kütləvi kasıblıq və yüksək işsizlikdir. Hökumət bu il bu problemlərlə mübarizə apara bilmədi. Gürcü Arzusu koalisiyası əhalidə böyük gözləntilər doğurmuşdu, indi bu, ictimai apatiyaya çevrildi.

İD QƏDİM ABİDƏLƏRİ SOYUR

New Yorker jurnalı yazır ki, Islam Dövləti qədim arxeoloji abidələri soyma kampaniyası aparır.

Suriyada İD-nin nəzarətində olan yerlərdə qədim abidələr, muzeylıər çoxdur. Qədim artifaktlar arada vasitəçi olan dəllallara satılır. Onların qiymətləri azı bir neçə min dollardır.

Bazar gizli olduğuna görə İD-nin bundan nə qədər qazandığını demək çətindir. Ancaq burda gəlirlər astronamik ola bilər. 2007-ci ildə 5 min illik tarixi olan Mesopotamiya şiri heykəli Nyu Yorkda 57 milyon dollar satılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG