Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:06

-

Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması və sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması məqsədilə milli turizm mövzusunda publisistik məqalələr müsabiqəsini elan edib.

Müsabiqəyə ölkənin turizm potensialına həsr olunmuş və yalnız müsabiqə dövründə müxtəlif dövri mətbuat orqanlarında nəşr olunmuş və ya internet resurslarda yerləşdirilmiş məqalələr iştirak edə bilər.

Təqdim ediləcək məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şəffaflığını təmin etmək üçün məqalələr Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytında öz əksini tapacaq.

Müsabiqə qaliblərini aşağıdakı mükafatlar gözləyir:
1-ci yer - 2000 (iki min) manat
2-ci yer - 1000 (bir min) manat
3-cü yer (2 nəfər üçün) 500 (beş yüz) manat
5 nəfər üçün həvəsləndirici diplomlar və 200 (iki yüz) manat

Materialların son təqdimetmə tarixi: 20 noyabr 2014-cü il

Materiallar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.

Müsabiqə ilə əlaqədar əlavə məlumatlar 493-42-94 telefon nömrəsi və ya musabiqe_turizm@hotmail.com elektron ünvan vasitəsilə əldə oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG