Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:46

Oktyabrın 14-də gənc fəal Orxan Eyyubzadə Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum olunub. Bu haqda AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev deyib. Onun sözlərinə görə, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib:

“Hesab edirəm ki, onun əməlində cinayət tərkibi yoxdur. Orxan Əyyubzadə də son sözündə özünü təqsirli saymadığını, polisə müqavimət göstərmədiyini, polislərin yalan ifadə verdiyini dedi. Məhkəmə daha çox ittiham edən tərəfin arqumentlərini əsas götürərək hökmü elan etdi. O təqsirli bilindi və 2 il azadlıqdan məhrum edildi”.

Əsabəli Mustafayev appelyasiya şikayəti verəcəklərini bildirir.

Orxan Eyyubzadə bu ilin mayında NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb. Daha sonra onun haqqında cinayət işi açılıb və həbs müddəti 1 ay daha uzadılıb. Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG