Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:54

Kerry: «Ukraynanın şərqində referendumlar tanınmayacaq»


John Kerry,ABŞ Dövlət Katibi
John Kerry,ABŞ Dövlət Katibi

-

ABŞ Dövlət Katibi John Kerry deyir ki, rusiyayönlü separatçıların gələn ay Ukraynanın şərqində planlaşdırdığı referendumları Birləşmiş Ştatlar və ya beynəlxalq ictimaiyyət tanımayacaq.

Kerry Parisdə Rusiyanın xarici işlər naziri Sergei Lavrovla görüşdən sonra bildirib ki, Vaşinqton rus əsgərlərinin Ukraynadan çıxarılmasının fərqindədir. Lakin onu da əlavə edib ki, “əsgərlər geri çəkilsə də”, rus ağır hərbi texnikası Ukraynadan çıxarılmayıb.

ATƏŞKƏSİN MONİTORİNQİ APARILACAQ

Moskva Ukraynaya əsgər və ya texnika göndərmədiyini deyir.

Kerry Donetsk aeroportu ətrafında döyüşlərə son verməyə, separatçıların tutduğu girovları buraxmağa, Ukrayna-Rusiya sərhədi boyunca Ukraynanın suverenliyinin bərpasına çağırıb.

Ötən ay razılaşdırılmış atəşkəsdən sonra Ukraynanın şərqində döyüşlər əsasən dayanıb. Münaqişədə 3.600 nəfər həlak olub.

İki pilotsuz təyyarə atəşkəsin monitorinqini aparacaq. Bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer AzadlıqRadiosuna deyib. Onun sözlərinə görə, təyyarələri idarə edəcək heyət hələlik Ukraynana çatmayıb.

XS
SM
MD
LG