Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Oktyabrın 15-də Honq Konq polisi və demokratik islahatlar tələb edən etirazçılar toqquşub. Saxlananlar var.

Polis hökumət binalarına gedən əsas yolda yeni barrikadalar ucaldan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar günün əvvəlində yolu tutsa da, polis nəzarəti ələ ala bilib.

Hər iki tərəfdən xəsarət alanlar var. Həbs olunanların sayı dəqiq bəlli deyil.

Etirazçılar əsasən azad seçki tələb edirlər. Honq Konqu idarə edən Çin seçki namizədlərinin yoxlanışdan keçəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG