Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:38

Hökumət sosial ipotekaların maliyyələşdiriliməsini artırır


Azərbaycan hökuməti 2015-ci ildə sosial ipotekanın maliyyələşdirilməsinə çəkilən xərcləri 25 faiz - 59 milyon manatadək artırmağı planlaşdırır.

“Trend”in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin gələn il üçün dövlət və icmal büdcələri layihələrinin təqdimatında bildirilib.

Həmin məqsədlər üçün 2014-cü il dövlət büdcəsindən 40 milyon manat ayrılmışdı.

Gələn il üçün nəzərdə tutulmuş sosial ipotekanın maliyyələşdirilməsi də nəzərə alınarsa İpoteka Fondunda yığılan vəsaitlərin həcmi 266 milyon manata çatacaq.

İpoteka Fondu büdcə maliyyələşdirilməsi ilə yanaşı istiqrazlar yerləşdirir və onların satışından əldə olunan vəsaitlər adi ipoteka çərçivəsində kreditlərin verilməsinə yönəldilir.

Hazırda İpoteka Fondunun xətti ilə ümumi dəyəri 612,37 milyon manat olan 15 393 ipoteka krediti verilib.

XS
SM
MD
LG