Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:02

Putin Moskva ilə Pekini “təbii müttəfiqlər” adlandırır


V.Putinin Kremldə Li Keqiang ilə görüşü

V.Putinin Kremldə Li Keqiang ilə görüşü

Rusiya prezidenti Vladimir Putin Moskvada Çinin baş naziri Li Keqiang ilə danışıqlar aparıb. Putin oktyabrın 14-də Kremldə Li-yə deyib ki, “biz təbii tərəfdaşlar, təbii müttəfiqlərik, qonşuyuq”.

Rusiya prezidenti Çinlə güclənən iqtisadi münasibətlərdən danışıb, əminliyini bildirib ki, gələn il ikitərəfli ticarət 100 milyard dollara çatacaq.

Li isə Moskva ilə Pekin arasında “tükənməz” əməkdaşlıq potensialını vurğulayıb.

İki liderin görüşündən bir gün öncə Rusiya və Çin rəsmiləri enerjidən tutmuş bank sahəsinədək 30-dan çox razılaşma imzalayıblar.

Li-nin 3 günlük səfəri Kremllə Qərb arasında Ukrayna böhranıyla bağlı gərginliklə eyni vaxtda baş verir. Çinin Rusiya ilə sıx iqtisadi və diplomatik əlaqələri var. Pekin bildirib ki, Ukraynaya görə Qərb ya Rusiya ilə tərəf tutmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG