Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:42

Booker mükafatı - Avstraliyanın!


Richard Flanagan
Richard Flanagan

-

İngilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatını - "Man Booker"i Avstraliya yazıçısı Richard Flanagan qazandı - "sevgi və savaş haqda möhtəşəm romanına görə".

Söhbət Flanagan-ın "Ucqar şimala gedən ensiz yol" romanından gedir.

OxuZalı "Guardian"a istinadla xəbər verir ki, roman 1943-cü ildə işğalçı Yaponiya İmperiyasının Tailand və Birma arasında dəmiryolu tikdirməsindən bəhs edir. 500 kilometrlik bu xəttə Ölüm Dəmiryolu da deyilir. Onun tikintisində hərbi əsirlər çalışırdı. O cümlədən minlərlə britaniyalı, avstraliyalı əsir. Ağır şəraitdə çalışdıqları üçün onların bir çoxu tələf olmuşdu.

Amma münsiflər heyətinin bir üzvünün Londonda keçirilən mükafatlandırma mərasimində dediyi kimi, roman tikintinin özü barədə yox, orada çalışanların yaşadıqları dəhşətlər haqdadır. Yazıçının öz atası da orda əsir kimi çalışıb. Təəssüf ki, oğlu romanı bitirən gün vəfat edib.

53 yaşlı Flanagan-a mükafatla yanaşı 50,000 funt sterlinqlik çek də təqdim olunub.

Britaniya təyyarələri Ölüm Dəmiyolu üzərindəki körpüləri bombalayır.
Britaniya təyyarələri Ölüm Dəmiyolu üzərindəki körpüləri bombalayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG