Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:02

-

Ədəbiyyat üzrə Nobel mükafatının bu il fransız yazıçısı Patrick Modiano-ya verilməsi ABŞ-da birmənalı qarşılanmayıb.

Xüsusən də Amerika yazıçısı Philip Roth-un yenə də "Nobel"siz qalması qıcıq doğurur.

“Who the Hell Is Patrick Modiano?” (Bu Patrick Modiano hardan çıxdı?). Bu başlıq “Daily beast”dəndir - Malcolm Jones-un bloq yazısından.

Onun fikrincə, Nobel Komitəsinin bu seçimi sanki bir lotereya qalibinin seçilməsi təəssüratı yaradır. Yəni təsadüfi.

O yazır ki, bu seçimə çox ciddi yanaşmaq lazım deyil.

Mükafatı yazıçının böyüklüyünü təsdiqləyən son söz kimi yox, “mütaliəsi bizim çoxumuzdan daha geniş olanların (seçimləri nə qədər mübahisəli olsa da) oxu üçün tövsiyəsi kimi qəbul etmək lazımdır”.

Müəlllifə görə, Nobel mükafatı heç bir yazıçıya əbədiyaşarlıq təminatı vermir.

Necə ki, Erik Axel Karlfeldt, Carl Gustaf Verner von Heidenstam kimi tarixin unutduğu yazarlara da Nobel verilib.

Və Philip Roth da bununla özünə təskinlik verə bilər.

Bir də Nobel Komitəsinin dəyər vermədiyi yazıçılar arasında James Joyce, Virginia Woolf, Vladimir Nabokov, Robert Frost, Marianne Moore və Wallace Stevens kimi nəhənglərin olması ilə.

Günün bütün mövzuları

XS
SM
MD
LG